Kosmosda çəkiləcək ilk bədii filmdə baş rolu rusiyalı qadın oynayacaq

08:40 04-11-2020 569

Kosmosda çəkiləcək ilk bədii filmdə əsas rolu rusiyalı qadını ifa edəcək.

Bu barədə “Pervıy Kanal”ın mətbuat xidməti xəbər verib.

Namizədlər üçün müsabiqənin yaxın vaxtlarda elan ediləcəyi qeyd olunur.

Müsabiqənin nəticələrinə əsasən, həm baş qəhrəman, həm də onun dublyoru seçiləcək.

“Vızov” (“Çağırış”) adlı gələcək kosmik dram “Roscosmos”, “Pervıy kanal” və “Yellow, Blask and White” studiyalarının birgə layihəsidir. Çəkilişlərin 2021-ci ilin payızında “Beynəlxalq Kosmik Stansiya”da aparılması gözlənilir.