Zahid Oruc: “Azərbaycan ordusu qanı ilə qazandığı ərazilərdən heç bir halda geri çəkilməyəcək”

11:40 12-11-2020 446

“Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib”.

HerGun.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.

Z.Oruc bildirib ki, Azərbaycan ordusu bu mövqeləri qanı-canı ilə qazanıb:

“Yəni qəhrəman Azərbaycan ordusu qanı ilə qazandığı ərazilərdən heç bir halda - nə mülki, nə humanitar məqsədlərlə geri çəkilməyəcək.

Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhyaradıcı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq”.

Könül Cəfərli