Milli Xalça Muzeyindən növbəti virtual tur - VİDEO

23:40 12-11-2020 636

Azərbaycan Milli Xalça Muzeyi tanınmış simalarla virtual turunun fraqmentlər seriyasına daha birini əlavə edib.

Muzeydən verilən məlumata görə, layihədə bu dəfə Qarabağ xalçaları təqdim olunub.

Budəfəki virtual turda bələdçi isə teleaparıcı Könül Arifqızı olub. Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur.

Qeyd edək ki, yaxın zamanda virtual tur tam şəkildə izləyicilərə təqdim olunacaq.