Eldar İbrahimov: “30 ildir işğal edilmiş yurdumuz yenidən öz qaynar həyatına geri dönəcək”

12:00 13-11-2020 474

“Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu qələbəyə sevinir. Biz düşməni 30 ildir işğal daltında qalan torpaqlarımızdan qovaraq, zəfər tarixini yazdıq”. 

HerGun.Az-ın müxbirinin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Eldar İbrahimov deyib. 

O bildirib ki, prezident nəyi nə zaman etməli olduğunu yaxşı bilirdi və səbirlə bu günü gözləyirdi:

“Bütün bu qələbəyə görə qələbənin baş memarı Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. 30 ildir işğal edilmiş yurdumuz yenidən öz qaynar həyatına geri dönəcək. Bütün xalqımıza göz aydınlığı verirəm”.

Könül Cəfərli