Aleksandr Perenciyev: “Ermənilər azərbaycanlılara məxsus evləri yandırırlar”

18:20 13-11-2020 445

G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev  öz “Facebook” səhifəsində Ermənistanın  kapitulyasiyasına münasibət bildirib.

Yazını oxucularımıza təqdim edirik:

“Rusiya mətbuatı Azərbaycana qaytarılan ərazilərdə yaşamış insanların evlərini yandırmağa başladıqları barədə məlumat yayır. Bu məlumatda yalnız bir həqiqət var. Həqiqətən də, ermənilər son 25 ildə yaşadıqları evləri yandırırlar. Bəs onlar öz evlərinimi yandırırlar?

Yəni söhbət 2007-ci ilin noyabrında Rəsmi Bakı və İrəvan tərəfindən imzalanmış Madrid prinsiplərinin tələblərinin yerinə yetirilməsindən, daha əvvəllər Dağlıq Qarabağda yerləşən rayonların tərkibində olmayan, lakin Ermənistan tərəfindən tutulan yeddi Azərbaycan rayonunun Azərbaycan Respublikasına geri qaytarılmasından və Ermənistanla Dağlıq Qarabağ ərazisi arasında əlaqə yaratmaq üçün Laçın dəhlizini saxlanılmasından gedir.

Özünün apardığı vətən müharibəsi nəticəsində Azərbaycan yalnız Dağlıq Qarabağın bir hissəsini deyil, eyni zamanda Ermənistanın Madrid prinsiplərinə görə ona təhvil verməli olduğu dörd rayonu da geri aldı. İndi Madrid prinsplərinin icrası davam edir və digər üç rayon da Azərbaycana qaytarılır.

Diqqətinizi ona yönəltmək istəyirəm ki, ermənilərin tərk etdikləri rayonlarda onlar 90-cı illərin ortalarına qədər yaşamayıblar.  

Bu rayonlarda Ermənistan tərəfindən soyqırım nəticəsində öldürülən və ya sonradan ermənilər tərəfindən məskunlaşmış evlərini tərk edərək qaçmağa məcbur olan azərbaycanlılar yaşayırdı.

Ona görə də indi ermənilər azərbaycanlılara məxsus evləri yandırırlar.

Azərbaycan Qarabağda sülhün tərəfdarıdır, Qarabağ isə Azərbaycandır!”