Tural Gəncəliyevdən ermənilərin Kəlbəcərdən çıxarkən meşələri yandırmasına münasibət: “Ağılasığmazdır” - VİDEO

03:40 15-11-2020 426

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev ermənilərin qeyri-qanuni məskulaşdıqları Kəlbəcərdən çıxarkən evləri, meşələri yandırması barəsində yazıb.

Bununla bağlı “Twitter” hesabında paylaşım edən T.Gəncəliyev bildirib ki, ermənilərin bu barbar və vandalizm aktına hətta rus sülhməramlıları da təəccübləniblər.

Millət vəkili bu hərəkəti “ağılasığmaz” olaraq dəyərləndirib.