Oksford Universiteti bu ilə ad seçməkdə çarəsiz qaldı

04:00 24-11-2020 459

Hər il Oksford Universiteti ötən ili maksimum xarakterizə edən bir söz seçir. Lakin cari ildə linqivistlər 2020-ci ili təsvir edəcək leksema seçə bilməyiblər.

Bu barədə Vesti.ru xəbər yayıb.

Namizəd sözlər siyahısında istifadə tezliyi baxımından ilk yerdə “koronavirus” və onu müşayiət edən “lokdaun”, “uzaqdan qoşulma”, “sosial məsafənin qorunması” kimi bir sıra terminlər durur. Bundan başqa ingilis dilinə koronovirus təhlükəsini inkar edən insanlar üçün yeni bir söz əlavə edilib - Covidiot.

Həmçinin meşə yanğınları (ilin əvvəlində Avstraliya və ABŞ-da tüğyan etmişdi) və BLM sözləri də namizədlər siyahısındadır.