Göygöldə mağazadan oğurluq edənlər saxlanıldı

12:20 24-11-2020 494

Göygöldə mağazadan oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov ilə əvvəllər məhkum olunmuş Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.