Azərbaycanda banklar 62,7 milyon dollar cəlb edib

14:20 24-11-2020 398

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 62,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.