Nazirlik: “Evində huşsuz vəziyyətdə tapılan əməkdar artist müayinə olunub”

19:40 24-11-2020 479

“Səfurə xanım uzun illərdir, Könül xanımın himayəsindədir”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda deyilir. 

Bildirilib ki, Nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.

“Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.