Astarada çayda batan şəxsin meyiti tapıldı

11:40 25-11-2020 306

Astarada çayda batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, noyabrın 22-də Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.

İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.