Kanadada polislə cinayətkar arasında atışma: Azyaşlı öldü

03:40 27-11-2020 340

Kanadada polislə cinayətkar arasında atışma olub. 

Bununla bağlı Kanadanın CBC telekanalı məlumat yayıb. 

Atışma nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Hadisə Toronto şəhərindən 135 kilometr aralıdakı Kavarta-Leyks şəhərciyində baş verib. Ölənin azyaşlı olduğu və yaxınlıqdan keçdiyi bildirilib. 

Polislərdən biri və silahlı cinayətkar yaralanıb. İnsidentin səbəbləri məlum deyil. Cinayətkar saxlanılıb.