Millimizin futbolçusu COVID-19-dan sağaldı və Vətənə döndü

14:00 27-11-2020 373

Millimizin və “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə koronavirusdan sağalıb.

UEFA Millətlər Liqasının Xorvatiyada Monteneqro ilə oyunu ərəfəsində COVID-19-a yoluxan Təmkinin verdiyi növbəti testin nəticəsi neqativ çıxıb.

Bu üzdən futbolçu Xorvatiyadakı hoteli tərk edib və Azərbaycana qayıdıb.

Qeyd edək ki, millimizin daha iki futbolçusu, “Qarabağ” klubunun üzvləri – Rahil Məmmədovla Maksim Medvedev hələ də sağalmayıblar. Onlar müvafiq olaraq Xorvatiya və Lüksemburqdakı hoteldə müalicə alırlar.

Səbuhi Musayev