Kişi anlaşılmaz hərəkəti ilə özünü odlu tələyə saldı - VİDEO

05:40 28-11-2020 553

Orta yaşlı kişi əlində siqaret və tez alışan maye ilə liftə daxil olur. Bundan sonra isə anlaşılmaz hadisə baş verir: o, nəticələri düşünmədən hansısa səbəbdən əlindəkini yandırır. Beləliklə liftdə yanğın başlayır.

Bu barədə kadrları “Baza” “Telegram” kanalı təqdim edib.

Bildirilir ki, hadisə Rusiyanın Orenburq şəhərində baş verib.

Kadrlardan görünür ki, kişinin gödəkçəsi də yanmağa başlayır. O, alovu söndürməyə çalışsa da, bunu bacarmır. Nəticədə o, toksik parlara görə huşunu itirir. Kişini ancaq liftin açılan qapıları xilas edir.

Onun xəstəxanaya yerləşdirildiyi bildirilir.