Yoluxmuş qadının sağlam uşağı antikorla doğuldu

08:00 30-11-2020 383

Koronaviruslu anadan sağlam və antikorlu uşaq dünyaya gəlib.

“Straits Times” qəzeti bu hadisənin Sinqapurda baş verdiyini yazır.

Hamiləliyin 10-cu həftəsində 31 yaşlı qadında virus aşkar edilib.

Ehtimal edilir ki, o, Avropada səyahət edərkən virusa yoluxub. Xəstəliyi yüngül keçən qadın 20 gündən sonra xəstəxanadan çıxıb. Noyabr ayında onun oğlu dünyaya gəlib.

Həkimlər uşaqda koronavirus aşkar etməyiblər. Eyni zamanda, ananın qanında antikor tapılmasa da, uşaqda olub.

Həkimlər bu hadisəni unikal olmasa da, maraqlı adlandırırlar - bu ilin yazında, hamiləliyin 36-cı həftəsində koronavirus xəstəliyinə yoluxan daha bir qadın antikorlu sağlam körpə dünyaya gətirib.