Azərbaycanlı deputatın “Facebook” səhifəsi oğurlandı

17:20 30-11-2020 43

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin şəxsi “Facebook” səhifəsi kiber hücumə məruz qalıb və bundan istifadə edilərək deputatın adına saxta “Instagram” səhifəsi açılıb.

M.Əfəndiyev HerGun.Az-a bildirib ki, “Facebook” və yaxud digər sosial şəbəkələrdən yollanan hər bir elektron məktub, edilən paylaşımlar əsassızdır:

“Hər kəsi diqqətli olmağa və bu məlumatı nəzərə almağa çağırıram”.