Kəlbəcər sakinlərinin qayıdış sevinci: Üç yaşında tərk etdiyi evinə üç yaşlı oğlu ilə dönəcək - VİDEO

20:20 30-11-2020 45

“İnanın Allaha ki, Kəlbəcərə qayıtmamaq düşüncəsi heç zaman olmayıb. Biz hər bir şeyi edəndə Kəlbəcərə qayıtmaq düşüncəsi ilə etmişik”.

Bu sözləri ARB-nin “Günə Doğru” verilişinə Kəlbəcər rayon sakini İsmayılov Vaqif Kəlbəcər həsrətindən danışarkən deyib.

Rayonun digər sakini İsmayılova Suqra isə vurğulayıb ki, o, rayondan 40 yaşında çıxıb: “Dolu evimizdən heç paltarlarımızı belə götürmədik. Kəlbəcər hər tərəfdən səfalı idi. Bitkisi, suyu dərmandır. İstisunun adı bütün dünyada məşhurdur”.

Sözügedən verilişi təqdim edirik: