Çempionlar Liqasında ilk: Qrup oyununda baş hakim qadın olacaq

23:00 30-11-2020 372

Fransalı Stefani Frappar Turinin “Yuventus” komandası ilə Kiyev “Dinamo”su arasında keçiriləcək Çempionlar Liqası qarşılaşmasına baş hakim təyin edilib.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Bununla da Stefani Frappar Çempionlar Liqasında qarşılaşma idarə edən ilk qadın kimi tarixə düşüb.