Arizona ştatında Baydenin qalib gəldiyini açıqlandı

09:40 01-12-2020 329

Arizona ştatında səslərin sayılması nəticəsində Demokratların namizədi Co Bayden qalib gəlib.

Bu barədə CNN məlumat yayıb.

Müvafiq sənədlər artıq ştatın dövlət katibi Keti Hobbs tərəfindən imzalanıb.

Arizonada Co Baydenin rəqibi Donald Trampı 10 min səsdən artıq üstələdiyi bildirilir.