Yeni nəsil dezinfeksiyaedici vasitə “SterilOx” - COVID-19-la mübarizədə sizin etibarlı köməkçiniz - FOTO

11:00 01-12-2020 439

Hər bir insanın orqanizmi mütəmadi olaraq təhlükəyə məruz qalır, hər dəqiqə bir çox bakteriya və viruslarla qarşılaşır. Bütün bunlar nəticədə ciddi fəsadlara və müxtəlif infeksiyalara səbəb ola bilər.

Xüsusilə də indi, dünyanı bürümüş koronavirus pandemiyası dövründə hər birimiz yoluxucu risk səviyyəsinin azaldılması və sağlamlığımızın təhlükəsizliyini təmin etmək üçün bütün sanitar-gigiyenik standartlara ciddi şəkildə riayət etməli, dezinfeksiyaedici vasitələrdən istifadə etməliyik. Və bu çətin məsələdə sizin üçün ən etibarlı köməkçi – 100 faiz təbii inqrediyentlər əsasında hazırlanmış “SterilOx”  dezinfeksiyaedici vasitələridir. 

“SterilOx”  şirkəti Azərbaycanda fəaliyyətinə yaxın zamanda başlamasına baxmayaraq, bir çox dövlət və özəl müəssisələrdə sterilizasiya üçün geniş istifadə olunur. Nümunə üçün: Heydər Əliyev Beynəlxalq Hava Limanından istifadə edən vətəndaşlarımız və ölkəmizin qonaqları “SterilOx”  tərəfindən hazırlanmış “sterilGate” xüsusi dezinfeksiyaedici tunellərindən keçir. Həmçinin, təyyarəyə göndərilən baqajlar “SterilOx”  tərəfindən hazırlanmış “SterilPoint” xüsusi cihazları vasitəsilə dezinfeksiya olunur.

Onu da qeyd edək ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi zamanı sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq “SterilOx”  şirkəti, Azərbaycan Silahlı Qüvvələrini dəstəkləmək üçün ön cəbhəyə 2000 litr dezinfeksiyaedici vasitə göndərib. Xüsusilə qeyd edək ki, “SterilOx”  dezinfeksiyaedici vasitələri beynəlxalq franşiza üzrə Bakıda istehsal edilir. Bu məhsulun özünəməxsusluğu haqqında aşağıdakı materialdan tanış ola bilərsiniz.

“SterilOx”  – satışda olan zərərli kimyəvi maddələrin istifadə olunduğu digər dezinfeksiyaedici vasitələrin əksinə olaraq, tamamilə təbii, ekoloji cəhətdən təmiz və 100 faiz təhlükəsizdir. “SterilOx”  rəngsiz, tərkibində hipoxlor turşusuna (HOCl) xas zəif qoxusu olan mayedir. Düzgün istifadə zamanı sağlamlıq üçün təhlükəsizdir və orqanizmi müxtəlif viruslardan, bakteriyalardan və göbələklərdən qoruyur. 

Eyni zamanda məkanı, mebeli və əşyaları dezinfeksiya etmək üçün də əla seçimdir. Yuxarıda sadalananlardan əlavə olaraq, “SterilOx” xoşagəlməz qoxuları aradan qaldırır, hava təmizləyici təsir göstərir. Bunun üçün də zibil qablarını və konteynerlərini təmizləmək üçün də istifadə edilə bilər. Daha bir vacib məqam – “SterilOx” yüksək keyfiyyətini və müstəsna xüsusiyyətini təsdiqləyən bir çox beynəlxalq sertifikatlara malikdir.

Bir daha bu məhsulun ekoloji cəhətdən təbii əsasını vurğulayaraq qeyd edək ki, “SterilOx” – insanlar, heyvanlar, uşaqlar və hamilə qadınlar üçün təhlükəsizdir. “SterilOx” alışqan xüsusiyyətə malik deyil, çünki tərkibində spirt və ya hər hansı zərərli kimyəvi komponent yoxdur. “SterilOx” – sürətli və uzunmüddətli təsir göstərən ən güclü və təbii dezinfeksiyaedicilərdən biri olan hipoxlor turşusu (HOCl) əsasında hazırlanır. 

Qeyd edək ki, COVID-19 kontekstində məkanların və səthlərin təmizlənməsi və dezinfeksiya edilməsinə dair ÜST-ün müvəqqəti tövsiyələrində, həmçinin, MSL UK laboratoriyası tərəfindən aparılan testlərin nəticələrinə əsasən, geniş çeşidli mikroorqanizmlərə qarşı antibakterial təsirə malik yuxarıda göstərilən hipoxlor turşusuna (HOCl) əsaslanan məhsulların istifadəsi tövsiyə olunur. 

“SterilOx”un qənaət baxımından da sərfəli olduğunu qeyd etmək lazımdır. Belə ki, səthə tətbiq olunduqdan sonra dərhal buxarlanmır, əksinə, hər hansı bir səthə dəydikdə uzun müddət üzərində qalır və bakteriya, virus və virus sporları daxil olduqda onları məhv edir. “SterilOx”un daha bir üstünlüyü onun istifadəsinin rahatlığıdır – heç bir qoruyucu vasitəyə ehtiyac yoxdur, istənilən qədər istifadə edilə bilər, çünki dərini qurutmur və paltarda iz və ləkə buraxmır. 

“SterilOx” – sizin və yaxınlarınızın müxtəlif bakteriya və viruslardan qorunması üçün təminatdır. “SterilOx” dezinfeksiyaedici vasitəsini Bakıdakı bütün supermarketlərdən almaq olar. Tezliklə bütün apteklərdə də əldə etmək olacaq. 

“SterilOx” haqqında sizi maraqlandıran bütün məlumatları rəsmi saytında, eləcə də sosial şəbəkələrdəki səhifələrdə əldə edə bilərsiniz:

“Instagram” - https://www.instagram.com/sterilox.az/ 

“Facebook” - https://www.facebook.com/sterilox.az 

Elektron poçt ünvanı – [email protected]

Əlaqə nömrəsi – (+99450) 500-58-85