Modellərin əyləncə gecəsinə polis basqını - VİDEO

03:40 05-12-2020 372

Moskvada VEROSSO agentliyinin modelləri koronavirus qadağasına baxmayaraq, əyləncə gecəsi təşkile diblər. 

REN TV xəbər verir ki, gecə klubunda baş tutan tədbirə giriş 5 min rubla (114 AZN - red.) olub. 

Bundan başqa iştirakçılar üztanıma aparatından keçməli olublar. 

Qonaqlara yarımçılpaq ofisiantlar qulluq ediblər. Onlara hər cür içkilər, hovuz və intim xidmətlər təklif edilib.

Kadrlardan görünür ki, tədbir iştirakçılarının heç biri COVID-19-la bağlı tətbiq edilən qadağalara riayət etməyib. 

Kadrların yayılmasından qısa müddət sonra polis gecə klubuna basqın edib. Əməliyyatıb təfərrüatı açıqlanmır.