Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb - FOTO

20:40 12-12-2020 448

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra Həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.