Hikmət Hacıyev koronavirusdan ölən jurnalist barədə : “Azərbaycanın böyük dostu” - FOTO

01:00 13-12-2020 434

“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və hər zaman ədaləti dəstəkləyən peşəkar jurnalist olan “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan öldüyünü eşitdim”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Ömər 2016-cı ilin aprel müharibəsindən bu yana, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, - deyə H.Hacıyev bildirib.