Rusiyalı ekspert: "Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək"

17:40 13-12-2020 474

“Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına daxil etmək üçün hər cür təxribata əl atacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu tanınmış rusiyalı siyasi ekspert, tarix elmləri doktoru Aleksandr Sıtin bildirib.

O, Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı Azərbaycanın rəsmi möveyi ilə tamamilə razı olduğunu və dəstəklədiyini bildirib:

“Əvvəlcədən demişdim və yazmışdım  ki, Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək. Deyirlər ki, ermənilər azərbaycanlıların onlara nə edəcəyindən qorxduqları üçün Qarabağdan qaçırlar. Cavab verirəm ki, erməni xalqı belədir, onlar hər zaman nədənsə qorxurlar. Necə ki, 1915-ci ildə qorxmağa başladılar, bütün 100 il ərzində də elə qorxurlar.

Soruşurlar ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnu inkar edirsiz? Cavab verirəm ki, inkar edirəm. Soruşurlar ki, onda Dnestryanı,  Donbass, Krım kimindir? Cavab verirəm, Dnestryanı Moldovanın, Donbass Ukraynanındır. Krımnan bağlı mövqeyim isə onun birləşməsi vaxtından məlumdur. İndi bu mövqeni dilə gətirməyəcəyəm, çünki buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Sual özü təxribatçıdır”.