Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO

14:20 23-12-2020 403

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarının müxtəlif vaxtlarında şəhər ərazisindəki dörd fərdi yaşayış evindən, beş müxtəlif təyinatlı mağaza və bir köşkə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 12 469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompyuter avadınlaqrını oğurlayıb. A.Qurbanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Hazırda saxlanılan şəxsin digər anoloji cinayətlərdə iştirak edib-etməməsi və törətdiyi cinayət hadisələrində digər şəxs və şəxslərlə cinayət əlaqələrinin olub-olmaması istintaq-əməliyyat tədbirləri ilə araşdırılır.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.