Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO

19:00 23-12-2020 360

Ağdamdakı Çay evi akademik Xudu Məmmədovun ideyası əsasında tikilib. “Çay evi” layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. Çay evi Ağdamdakı Cümə məscidinin yanında yerləşirdi.

1986-cı ilin iyulun 26-da Çay evinin açılışı keçirilib. 1993-cü ildə Çay evi Ermənistan silahlı bölmələri tərəfindən yandırılaraq məhv edilib.

HerGun.Az-ın əməkdaşı Çay evinin vaxtilə yerləşdiyi ərazini lentə alıb.

Həmin fotoları təqdim edirik:

Samir İsayev