Abşeronda iki aylıq körpə yol qəzasında xəsarət aldı

02:00 24-12-2020 358

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Novxanıda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2020-ci il təvəllüdlü Abiyev Onur Fürsən oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.