Bakıda kişi qonaq qaldığı evdən külli miqdarda pul oğurladı

12:00 26-12-2020 545

Bakının Yasamal rayon sakininin mənzilindən 50 min manatdan çox pul oğurlanıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1968-ci il təvəllüdlü Elina Verxovskaya 29-cu polis bölməsinə bununla bağlı şikayət edib. O, mənzilindən 55 min manat oğurlandığını deyib və hətta oğurluqda şübhəli bilinən şəxsin adını da çəkib.

Onun sözlərinə görə, həmin kişi 10 gün onların evində qalan ailə dostudur (istintaqın maraqları naminə ad çəkilmir). Oğurluqdan dərhal sonra kişi yoxa çıxıb.

Hazırda əməliyyatçılar onu axtarır. Şübhəlinin daimi yaşayış yerinin olmaması axtarışı çətinləşdirir.

Ramella İbrahimxəlilova