Rövnəq Abdullayev SOCAR-ın milyonlarını öz kapitalına necə qatır?

10:12 15-10-2017 746

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətin vəsaitindən öz şəxsi pulu kimi istifadə etməsi barədə yerli və xarici mətbuatda çox yazılıb.

Artıq ölkə əhalisində də elə bur təəsürat yaranıb ki, SOCAR xalqın, dövlətin yox, onun hal hazırkı rəhbəri Rövnəq Abdullayevə atasından miras qalıb. Ona görə də R.Abdullayev sözü gedən qurumu özünün şəxsi təsərrüfatına çevirərək, orda həyata keçirdiyi maxinasiyalardan milyardlarla vəsait qazanır. Məhz SOCAR rəhbərinin qazanc yerlərindən biri də hər il olduğu kimi, onun qurumdakı "putokva biznesi"dir.

Nəzərə alsaq ki, Azərbaycanda oliqarxların gəlir mənbələrindən biri həmkarlar ittifaqları sayılır. Onlar bu qurumlar vasitəsilə də büdcə pullarını əhəmiyyətli hissəsini mənimsəyirlər.

Milletinsesi.info xəbər verir ki, SOCAR-dakı mənbələrdən infoAZ.org-a daxil olan məlumata görə, mənimsəmələr əsasən yollayışlar ("putyovka") vasitəsilə həyata keçirilir. Məsələn, SOCAR-ın işçilərinə hər ay yollayış verilir. Xüsusilə yay mövsümü başlayanda bu yollayışların sayı yüzlərlə olur. Və SOCAR-ın yüzlərlə işçisi Rövnəq Abdullayevin sahibi olduğu "Relaks" İstirahət Mərkəzinə dincəlməyə göndərilir.

Məlumatlara görə, xərclərin cüzi hissəsi (yol xərci) işçilərin üzərinə düşür. Qalan xərclər isə SOCAR-ın büdcəsindən ödənilir. Bir işçinin dincəlməyi 1500-2000 manat civarında başa gəlir. Bu yerdə qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyasında sanatoriyalara yollayışların qiyməti yuxarıda qeyd edilən qiymətlərdən qat-qat ucuzdur. Qiymətlər yollayışların növündən asılıolaraq dəyişir.

Adi, yarımlüks, lüks şəraiti olan otaqlar var ki, bunlar da qiymətlərə təsir göstərir. Lakin istənilən halda dövlət balansında olan sanatoriyalar "Relaks" kimi istirahət mərkəzlərindən çox geridədir.Bu baxımdan "Relaks"a yollayışın qiyməti də sanatoriyalara nisbətən xeyli bahadır. Beləliklə də Rövnəq Abdullayev dövlət qurumunun büdcəsindən işçilərin istirahəti üçün ayırdığı pulu elə öz obyektində şəxsi kapitalına qatır. İstisna deyil ki, daha çox pul qazanmaq üçün qiymətlər dəfələrlə şişirdilir.

Mənbə.İnfoAz.org