Abşeronda 16 yaşlı gənc bıçaqlanıb

01:20 30-12-2020 518

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ələsgərov Zaur Elcan oğlu mübahisə zəminində həmyaşıdı tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.