Papa Maradonanı böyük çempion adlandırdı

21:20 02-01-2021 279

Roma Papası Fransisk əfsanəvi futbolçu Dieqo Maradona haqqında fikirlərini bölüşüb.

Bu barədə Goal.com məlumat yayıb.

“Dieqo meydanda şair, böyük çempion idi. O, Argentinadan Neapola kimi milyonlarla insana xoşbəxtlik gətirdi. O, həmçinin çox kövrək insan idi”, - deyə Roma Papası bildirib.

Xatırladaq ki, Dieqo Maradona noyabrın 25-də ölüb.