Çinin XİN rəhbəri koronavirusun mənşəyindən danışdı

06:20 03-01-2021 293

Çinin Xarici İşlər naziri Van İ koronavirusun mənşəyi barədə fikirlərini açıqlayıb.

Bu barədə “Sinxua” məlumat yayıb.

O, qeyd edib ki, Çin COVID-19-un müəyyən edildiyi ilk ölkə olub. Bundan sonra ölkə rəhbərliyi epidemiyanın qarşısını almaq üçün təcili tədbirlər görüb və virusun genomu barədə araşdırmalar başladılıb.

Onun sözlərinə görə, araşdırmalar koronavirusun yayılmasının müxtəlif ərazilərdə başladığını göstərib.