Daha bir ölkədə karantin məhdudiyyətləri yenidən sərtləşdirildi

09:00 03-01-2021 295

Yunanıstanda mürəkkəb epidemioloji vəziyyətə görə ölkə daxilində karantin yanvarın 11-dək uzadılıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Beləliklə, Yeni il ərəfəsində yumşaldılmış məhdudiyyətlər yenidən sərtləşdirilir, bərbərxanalar, kitab mağazaları, həmçinin, kilsələr bağlanır, komendant saatı bir saat artırılır (axşam 09:00-dan səhər 05:00-dək).