Abşeron sakininin evindən 25 kq marixuana götürülüb

18:40 03-01-2021 538

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana, evinə baxış zamanı isə oradan da əlavə olaraq 25 kiloqramdan artıq  marixuana aşkar edilərək götürülüb.