Rusiyada ağır yol qəzası: səkkiz ölü, üç yaralı - FOTO

20:40 03-01-2021 328

Rusiyanın Tuva Respublikasında ağır yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər həlak olub.

Bu barədə “TASS”a Respublika Daxili İşlər Nazirliyindən bildirilib.

Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən vəfat edib.