İtaliyada həkim vaksindən sonra koronavirusa yoluxdu

21:40 03-01-2021 289

İtaliyada “Pfizer-BioNTech”in birgə hazırladığı vaksinin istifadəsindən sonra yerli həkimdə COVİD-19 virusu aşkarlanıb. 

“Haber Global”ın yaydığı məlumata görə, Unberto Xəstəxanası İnfeksiyon Xəstəliklər Departamentinin direktoru Dr. Antonella altı gün öncə virus əleyhinə peyvənd edilib. Nəticənin pozitiv çıxmasından sonra həkim bildirib ki, yenidən peyvənd olunacaq. Onun sözlərinə görə, əgər peyvənd edilməsə idi, xəstəlik onda ağır fəsadlar törədə bilərdi. 

Həkimin peyvənd edilmədən öncə virusa yoluxub-yoluxmadığı araşdırılır.