Təcili tibbi yardım maşını qəzaya düşdü: beş yaralı var

05:20 04-01-2021 356

Türkiyənin Ağrı rayonunun Esnemez kəndindən xəstə aparan təcili tibbi yardım avtomobili yolların buz bağlaması səbəbindən qəza edib. 

“Haber Global”ın məlumatına görə, avtomobildə olan üç tibb personalı, xəstə və onun yaxını qəzada yaralanıb. Yaralılar hadisə yerinə gələn digər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. 

Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.