ABŞ-ın yeni konqresi işinə başladı

05:40 04-01-2021 366

Senat üzərində idarəetmə müəyyənləşməmiş olsa belə, noyabr seçkilərində ABŞ konqresinə seçilən yeni heyət artıq işinə başlayıb.

“Ria Novosti” xəbər verir ki, nümayəndələr palatası artıq ilk iclasını keçirib. İclasa senat da qatılıb. İki palatanın formal yeni heyəti 117-ci konqresi formalaşdırır. 

Yeni heyətdə demokratlar zəifləmiş formada olsa belə, nümayəndələr palatası üzərində idarəetməni saxlayır. Belə ki, indi onların respublikaçıların 211 səsinə qarşı 222 səsi var. Əyalətlərin birində qalib açıqlanmayıb, digərində isə seçilən konqresmen sessiyanın başlamasına az qalmış koronavirusdan ölüb. 

Təxmin edilir ki, nümayəndələr palatasının spikeri Nensi Pelosi yenidən iki illik müddətə seçiləcək.