2020-ci ilin ən çox bəyənilən “Instagram” paylaşımları - FOTO

06:20 04-01-2021 439

“Instagram” sosial şəbəkəsi 2020-ci ildə ən çox bəyənmə toplayan paylaşımların siyahısını dərc edib. 

“Billboard” nəşrinin məlumatına görə, siyahıda birinci yeri portuqaliyalı futbolçu Kriştianu Ronaldu tutub. 

Onun əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı ilə bağlı noyabrın sonunda etdiyi paylaşıma 19,7 milyon bəyənmə gəlib. 

İkinci yerdə aktyor Çedvik Bouzmanın rəsmi səhifəsində edilən paylaşımdır. 43 yaşlı aktyorun xərçəng xəstəliyindən ölümü ilə bağlı etdiyi paylaşım 19,1 milyon bəyənmə toplayıb. 

İlk üçlükdə “Barcelona” klubunun futbolçusu Lionel Messinin əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı ilə bağlı paylaşımı yer alıb. Paylaşım 16,4 milyon bəyənmə əldə edib.