Almaniya “lokdaun” rejimini yanvar ayının sonuna qədər uzatdı

00:00 06-01-2021 395

Almaniyanın federal və regional hökumətləri koronavirusla əlaqədar tətbiq edilən sərt məhdudlaşdırıcı tədbirlər rejiminin 31 yanvar tarixinə qədər uzadılması barədə qərar qəbul edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunu Almaniyanın Federal kansleri Angela Merkel bəyan edib.

A.Merkel COVID-19 yoluxma dinamikasının hələ də yüksək olduğunu qeyd edib.

66 yaşlı siyasətçi əlavə edib ki, hazırda Almaniyada xəstəxanalar yüklənmə rejimində fəaliyyət göstərirlər.