Venesuelada müxalifət liderinin evi polislər tərəfindən mühasirəyə alınıb - FOTO

03:00 06-01-2021 400

Venesuela müxalifətinin lideri Xuan Quaido yaşadığı evin polislər tərəfindən mühasirəyə alındığını bildirib.

TASS agentliyi xəbər verir ki, bu barədə siyasətçinin “Twitter” səhifəsində məlumat yayılıb.

Sosial şəbəkə hesabında paylaşılan açıqlamaya şərh yazan X.Quaido evinin hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınmasına görə Venesuela prezidenti Nikolas Maduronu ittiham edib.