Rusiyada bir milyondan çox insan koronavirusa qarşı peyvənd edilib

05:40 06-01-2021 347

Rusiya bir milyondan artıq insan “Sputnik V” peyvəndi ilə vaksinasiya edilib.

Bu barədə “RİA Novosti” Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburqa istinadən məlumat yayıb.

“Hazırda mənə elə gəlir ki, peyvənd olunanların sayı bir milyondan artıqdır. Hər gün 100 min doza peyvənd dövriyyəyə buraxılır”, - deyə A.Gintsburq bildirib.