Koronavirusun “Britaniya” ştammı artıq 41 ölkədə

12:20 06-01-2021 364

İlk olaraq Böyük Britaniyada aşkar edilmiş yüksək yoluxuculuğa malik koronavirusun yeni növü artıq 41 ölkədə yayılıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji məlumat bülletenində elan edilib.

Bundan əlavə, bildirilir ki, Cənubi Afrikada yayılan “501Y.V2” ştammına altı ölkədə də rast gəlinib.

ÜST bülleteninə görə, son bir həftə ərzində (28 dekabr-3 yanvar) dünyada COVID-19-a yoluxanların sayı 4 035 226, ölənlərin sayı isə 76 017 nəfər artıb. Yeni yoluxmaların çoxu Amerika qitəsində aşkar edilib – 1 935 621.

Yeddi gündə 32 898 xəstənin öldüyü Avropa ölüm sayına görə liderdir.