Yaponiyada koronavirusa yoluxma sayında rekord qeydə alındı

16:40 06-01-2021 360

Yaponiyada pandemiyanın başlanğıcından bu yana ilk dəfə koronavirusa beş mindən artıq yoluxma qeydə alınıb.

Bu barədə “Kyodo” nəşri məlumat yayıb.

Həmçinin Yaponiya paytaxtında da koronavirusa yoluxma sayında maksimum göstərici qeydə alınıb. Belə ki, Tokioda son 24 saatda 1591 nəfər COVID-19-a yoluxub.