Kosovada dəhşətli partlayışda yaralılanlardan altısı Türkiyədə müalicə olunacaq - VİDEO

14:00 07-01-2021 425

Kosovonun Urosevac şəhərində restoranlardan birində baş verən partlayışda yaralananlardan altısı Türkiyədə müalicə olunacaq.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə zərərçəkənlər üçün Türkiyə Səhiyyə Nazirliyindən Priştinə təcili yardım təyyarəsi göndərilib.

Onlar Bağçılar rayonunda Elmi-Tədqiqat Xəstəxanasında və Kartal rayonunda Lütfi Kırdar adına Şəhər Xəstəxanasında müalicə alacaqlar.

Qeyd edək ki, bir gün əvvəl Uroşevacdakı restoranların birində partlayış baş verib.

Hadisə nəticəsində 40-dan çox insan yaralanıb. Onlardan 14-nün vəziyyəti ağır qiymətləndirilir.