Bayden Trampın andiçmə mərasimində iştirak etməyəcəyindən məmnun olduğunu bildirib

06:00 09-01-2021 351

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Donald Trampın onun andiçmə mərasimində iştirak etmək istəməməsindən məmnun olduğunu bildirib.

TASS agentlyi xəbər verir ki, C.Bayden bu barədə Delaver Ştatında çıxış edərkən bildirib.

Siyasətçi əlavə edib ki, xüsusi xidmət orqanlarının fəaliyyətinə tam etibar edir və andiçmə mərasiminin təhlükəsiz şəraitdə baş tutacağına əmindir.