İş adamı Kəbirə Məmmədova bilərəkdən ölkədə sosial gərginlik yaradır

17:58 10-01-2021 35

Bir neçə gün öncə (24  dekabr 2020-ci il tarixdə) tanınmış iş adamı Kəbirə Məmmədovanın aldatdığı və təhqirlərə məruz qoyduğu ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın həm ölkə başçısı cənab İlham Əliyevdən, həm də hüquq mühafizə orqanlarına ünvanladıqları şikayət məktubunu ictimailəşdirmişdik.

İş adamı Kəbirə Məmmədovanın aldatdığı və təhqirlərə məruz qoyduğu ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirova yenidən redaksiyamıza müraciət ediblər.

Zərərçəkmişlər Nəsib Daşdəmirov və Suğra Daşdəmirova bu dəfə müraiətlərində bildiriblər ki, iş adamı Kəbirə Məmmədova bilərəkdən ölkədə sosial gərginlik yaradır, ölkə başçısının vətən, xalq qarşısındakı tarixi, xidmətlərinə qara kölgə salmağa çalışır.

İş adamı Kəbirə Məmmədovanın aldatdığı və təhqirlərə məruz qoyduğu ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirova bildirirlər ki, görəsən onun çirkin əməllərinə hansı səbəbdən hüquqi qiymət verilmir?

Zərərçəkmişlər Nəsib Daşdəmirov və Suğra Daşdəmirova yenidən ölkə başçısına ikinci dəfə müraciət ünvanladılar. Həmin müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq.  

"Hörmətli, Cənab Prezident!

Dəyərli vaxtınızı alaraq, ikinci dəfə ünvanınıza pənah gətirməyimizə zərurət yaradan bir müddət əvvəl Sizə eləcə də Respublikanın Hüquq Mühafizə Orqanlarının rəhbərlərinə iş adamı Kəbirə Məmmədovanın çirkin əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı göndərdiyimiz şikayət ərizəsinə məhəl qoyulmamasıdır.

Kəbirə Məmmədovanın başımıza gətirdiyi müsibətlərlə əlaqədar ölkə başçısı olaraq Sizə müraciət edəndə güman edirdik ki, hüquq Mühafizə Orqanları adınızı uca tutaraq dərhal ərizəmizə reaksiya verəcək, Kəbirə Məmmədova tərəfindən bizə dəymiş ziyan ödəniləcək. Lakin heç də gözlədiyimiz kimi olmadı. Bir aya yaxındır heç kimdən səs-səmir çıxmır.

Hörmətli, Cənab Prezident,

İzn verin, bu məktubumuz rəsmi xarakter daşısa da Molla Nəsrəddin lətifələrindən bir nümunəni xatırladaq:

Günlərin birində Molla Nəsrəddin gecəyarısı evinə gedərkən bir oğru tərəfindən onun qonşusunun həyət qapısının qıfılının kəsildiyini görür. Yaxınlaşıb oğrudan soruşur ki, ay qardaş, gecənin bu vaxtında burada nə edirsən? Oğru deyir ki, kamança çalıram!

Molla soruşur ki, kamança çalırsan bəs səsi niyə çıxmır?

Oğru bildirir ki, səsi sabah çıxacaq!

Hörmətli, Cənab Prezident,

Göründüyü kimi oğrunun kamançasının səsi bir günə çıxır, lakin bizim bir aya yaxındır göndərdiyimiz ərizədən hələ də xəbər-ətər yoxdur. Bütün bunlar da belə deməyə əsas verir ki, çirkin əməlləri məmləkətimizə, habelə xalqımıza bəlli olan Kəbirə Məmmədovanın toxunulmazlığı bu gün də Hüquq Mühafizə Orqanları tərəfindən təmin edilir.

Kəbirə Məmmədovanın hansı orqana xidmət etdiyini bilmirik. Lakin bircə onu bilirik ki, o, bilərəkdən ölkəmizdə sosial gərginlik yaradır, vətən, xalq qarşısında tarixi xidmətlərinizə qara kölgə salmağa çalışır, cənab Prezident!

Hörmətli, Cənab Prezident,

İcazə verin, Kəbirə Məmmədovanın başımıza gətirdiyi müsibətlər barədə bir daha məlumat verək.

Biz onunla müddətsiz müqavilə imzalayaraq 155 min Amerika dolları verib. Onun rəhbəri olduğu Binə Ticarət mərkəzində 5 mağaza almışıq. Mağazaların yeri bizi razı salmadığından mağazaların yerini dəyişdirməyə 40 min dollar, mağazaların təmirinə 20 min dollar və 6 min dollar qapı pulu vermişik.

Göründüyü kimi Kəbirə Məmmədova bizi aldadaraq üst-üstə bizdən 200 min Amerika dollarından çox pul almış, lakin uzun müddət keçməsinə baxmayaraq pulumuzu qaytarmır.

Onu da bildirmək lazım gəlir ki, ona verdiyimiz dollar oğlumuzun Moskvadan göndərməsi sayəsində mümkün olmuşdur. Biz çalışırdıq ki, aldığımız 5 mağazanı icarəyə verib, xoş güzəranımızı təmin edək, lakin qismət olmadı Kəbirə Məmmədova gözümüz baxa-baxa pulumuzu mənimsədi.

Hər dəfə gedib onunla görüşüb pulumuzu istəyirik, bizimlə kobud davranır, bizi kişi söyüşləri ilə təhqir edir, ölümlə, həbslə hədələyir və bir çox rəhbərlərlə yaxın qohum olduğunu dilə gətirir.

Bizə təəccüb təsiri bəxş edən cəhət budur ki, görəsən yüzlərlə çirkin, qanunazidd əməlləri bəlli olan, rəhbəri olduğu ticarət mərkəzində hər gün, hər saat kiçik mülkiyyətçiləri, insanları təhqir edən, hüquqlarını tapdayan Kəbirə Məmmədovanı müdafiə edən kimdir? Bəlkə insanları aldatmağa, təhqir etməyə onun xüsusi lisenziyası var?

Hörmətli, İlham müəllim,

Sizin yürütdüyünüz siyasi kursun tən ortasında insan amili, Azərbaycan vətəndaşı durur. Millətimizin rahat, firavan və əmin-arxayın yaşaması naminə Siz mümkün olduğundan da artıq işlər görmüsünüz.

Sizin 17 illik prezidentliyiniz dövründə həyata keçirdiyiniz abadlıq, quruculuq işlərinin, tikilən məktəblərin, səhiyyə ocaqlarının, xüsusi təyinatlı sosial obyektlərin dəyəri milyardlarla ölçülür.

Hər bir yazıçının, şairin, heykəltəraşın və ya bəstəkarın ən gözəl əsərlərindən biri onun şah əsəri adlanır. Sizin isə ən böyük şah əsəriniz cənab Prezident, Qarabağı tarixi düşmənimiz erməni işğalından azad etməyinizdir.

İkinci şah əsəriniz vətənimiz Azərbaycanı rüşvətxorlardan, korrupsiyadan, talançılardan və özbaşına naşı məmurlardan azad etməyiniz olacaq.

Sizə eşq olsun, xalqımızın xoşbəxt gələcəyi və Respublikamızın daha da çiçəklənməsi naminə Allah Taala Sizi hifz etsin, kölgənizi xalqımızın başı üstündən əskik etməsin – Amin!

Hörmətli, Cənab Prezident,

Ümidvarıq ki, ikinci müraciətimizi xüsusi nəzarətə götürəcəksiniz. Kəbirə Məmmədova tərəfindən bizə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Hüququ Mühafizə Orqanlarına göstəriş verəcəksiniz.

Sizdən kömək gözləyirik, cənab Prezident!

Səmimi hörmətlə: Nəsib və Suğra Daşdəmirovalar"

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayətilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.