Netçalada 49 yaşlı kişi bıçaqlanıb

23:20 12-01-2021 35

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.