Kıvanc Tatlıtuğ haqqında 10 il müddətinə azadlıqdan məhrumetmə istəyi - FOTO

04:40 13-01-2021 620

Türkiyənin məşhur aktyoru Kıvanc Tatlıtuğun saxta qəbzlər istifadə etməkdə ittiham olunduğu məhkəmə prosesi keçirilib. İclasda aktyorun vəkili iştirak edib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Prokuror 2012 və 2013-cü illərdə sahib olduğu şirkətdə vergidən yayınmaqda ittiham olunan aktyorun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Lakin Tatlıtuğ haqqında irəli sürülən iddiaların yetərsiz olduğu qənaətinə gələn hakim aktyorun bəraəti barədə hökm çıxarıb.