Rəşad Sadıqov ilk məşqçisini və sabiq komanda yoldaşını özünə köməkçi götürdü - FOTO

15:20 13-01-2021 30

“Zirə” klubunda yeni məşqçi təyinatları olub.

Klubun rəsmi saytının xəbərinə görə, Vaqif Paşayev və Hacı Əhmədov baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edilib.

Qeyd edək ki, uzun illər “Sumqayıt” klubunun Akademiyasında işləyən Vaqif Paşayev Rəşad Sadıqovun ilk məşqçisi olub. Həmçinin 27 yaşlı Hacı Əhmədov 2012-2015-ci illərdə Rəşad Sadıqovla “Qarabağ”da birgə futbol oynayıb.

Xatırladaq ki, Rəşad Sadıqovun digər köməkçiləri 29 yaşlı Eltun Yaqublu, Nəriman Hüseynov və Anar Niftəliyevdir (qapıçı məşqçisi).

Səbuhi Musayev